AMB-nin 2,5 milyon manatlıq notları üzrə hərrac baş tutub – gəlirlilik 6,31% olub

AMB-nin 2,5 milyon manatlıq notları üzrə hərrac baş tutub – gəlirlilik 6,31% olub

BİRJA
251

9 aprel 2026-cı il tarixində Bakı Fond Birjası platformasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış AZ2623024703 dövlət qeydiyyat nömrəli notların yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, 252 gün tədavül müddətli diskontlu notların emissiya həcmi 2,500,000 manat təşkil edib və hərrac nəticəsində bu həcm tam reallaşdırılıb. Notların nominal dəyəri 100,000 manat olmaqla ümumilikdə 25 ədəd qiymətli kağız satışa çıxarılıb.

Hərrac zamanı minimal qiymət 95,648.0153 manat (6.50%), maksimal qiymət isə 95,769.8459 manat (6.31%) səviyyəsində qeydə alınıb. Kəsmə və ortaçəkili qiymət eyni – 95,769.8459 manat (6.31%) olub ki, bu da bazarda sabit tələb və investor marağını əks etdirir.

Qeyd edək ki, hərrac çərçivəsində sifarişlərin ümumi həcmi nominal ifadədə 7,500,000 manat təşkil edib və bu, təklif olunan həcmdən 3 dəfə çoxdur. Hərracda 4 investor iştirak edib və eyni sayda sifariş təqdim olunub.

Notların ödəniş tarixi 17 dekabr 2026-cı il olaraq müəyyənləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB-nin 2,5 milyon manatlıq notları üzrə hərrac baş tutub – gəlirlilik 6,31% olub — Fins.az — Fins.az