
Almaniyadan başqa bütün Avropa fond birjalarında yüksəkliş qeydə alınıb
Almaniyadakı DAX 30 indeksindən başqa
Avropa fond bazarları, günü yüksəlişlə başa vurub.
Fins.az xəbər verir ki,əsas Stoxx Europe indeksi 600 0.20 faiz artaraq 361.8 bənddə bağlanıb.
Fransada CAC 40 indeksi 0,43% artaraq 4,824,04 bəndə çatıb.
İtaliyada FTSE MIB 30 indeksi 0,24% artaraq 19.061,5 bal səviyyəsini qoruyub,İngiltərədəki FTSE 100 indeksi 0,23% artımla 5,879.45 səviyyəsində bağlanıb.
Digər tərəfdən, Almaniyada DAX 30 indeksi günü 0,23 % azalaraq 12,730.45 səviyyəsində başa vurub.
ABŞ-da gözləntilərdən daha yaxşı olan makroiqtisadi məlumat seriyası və indekslərdəki artımın Avropa fond bazarlarını dəstəklədiyini ifadə edən analitiklər, Avro Bölgəsindəki iqtisadi məlumatların və şirkətlərin ilin üçüncü rübünün gəlirlərinin investorların diqqət mərkəzində olduğunu ifadə edib.
Müəllif:Aynur Qəniyeva