Alibaba səhmləri cərimədən sonra rekord artdı

Alibaba səhmləri cərimədən sonra rekord artdı

BİRJA
547

Çinli sahibkarı Cek Manın sərvəti dövlət tərəfindən Alibaba 2.78 milyard dollar cərimələdikdən sonra 2.3 milyard dollar artıb. Belə ki, cərimədən sonra şirkətin ABŞ-dakı səhmləri 9.3% artdı - bu, son dörd ildə ən böyük artımdır. 

Qeyd etmək lazımdır ki, 10 aprel tarixində dövlət nəzarət qurumları Alibabaya qarşı inhisar qanunlarını pozduğu üçün pul cəriməsi elan etmişdi. Verilən açıqlamaya görə, şirkət istehlakçıları "seçimləri olmayan" xidmətlərindən istifadə etməyə məcbur etmə siyasətini davam etdirir ki, bu da "ölkənin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir göstərdi"

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alibaba səhmləri cərimədən sonra rekord artdı — Fins.az — Fins.az