ABŞ neftinin qiyməti rekord dərəcədə ucuzlaşdı

ABŞ neftinin qiyməti rekord dərəcədə ucuzlaşdı

BİRJA
3,227

WTI markalı neftin fyuçerslərinin qiyməti 94,66% düşərək bir barel üçün bir dollar olub.

Fins.az xəbər verir ki, London ICE birjasının ticarət məlumatları bunu göstərir.

WTI markalı Amerika neftinin qiyməti tələbatın daha da azalması və neft anbarlarının erkən doldurulma qorxusu fonunda birja ticarət tarixində ən güclü eniş yaşayıb.

Bazar iştirakçıları OPEC+ razılaşmasına baxmayaraq, bazardakı təklifin tələbi xeyli üstələyəcəyindən qorxurlar. Bu, Beynəlxalq Enerji Agentliyi və OPEC-in ötən həftə qısamüddətli tədarük və tələb proqnozlarını yeniləməsindən sonra məlum oldu.

Ekspertlərin fikrincə, qiymətlərin bugünkü enişi emosional xaratker də daşıya bilər. Gələcək aylarda qiymətlərin bərpası gözlənilir. 

Hazırda isə neft qiymətləri enməkdə davam edir

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ neftinin qiyməti rekord dərəcədə ucuzlaşdı — Fins.az — Fins.az