
ABŞ fond indeksləri atəşkəs xəbəri fonunda kəskin yüksəlib
Fins.az - ABŞ fond indeksləri çərşənbə günü ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılığı xəbəri fonunda kəskin yüksəlib. Dow Jones Industrial Average indeksinin artımı ötən ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.
ABŞ Prezidenti Donald Tramp İranla qarşılıqlı olaraq zərbələrin dayandırılacağını və Hörmüz boğazının açılması şərti ilə iki həftəlik fasilə veriləcəyini açıqlayıb. İran tərəfi də bu razılaşmanı təsdiqləyib.
Bu fonda neft qiymətləri isə əhəmiyyətli dərəcədə ucuzlaşıb. Londonun ICE birjasında “Brent” markalı neftin fyuçersləri 13%, ABŞ-ın WTI markalı nefti isə 16%-dən çox dəyər itirib. Bu, 2020-ci ilin aprelindən bəri ən kəskin eniş hesab olunur.