ABŞ fond birjalarında indekslər 4 faizə qədər azalandan sonra 1-2 faiz bərpa olunur

ABŞ fond birjalarında indekslər 4 faizə qədər azalandan sonra 1-2 faiz bərpa olunur

BİRJA
1,043

Amerikanın əsas fond indeksləri bazar ertəsi 2-4 faiz azalandan sonra çərşənbə axşamı 1 faizdən çox bərpa olunub.

Sənaye indeksi “Dow Jones” (DJIA) 1,05 faiz artaraq 32.583,5 bəndə, yüksək texnoloji şirkətlər indeksi “NASDAQ” 1,92 faiz artaraq 11.848,44 bəndə, geniş bazar indeksi “S&P 500” 1,48 faiz artaraq 4.050,3 bəndə çatıb.

Xatırladaq ki, bazar ertəsi inflyasiyanın inkişaf perspektivləri ilə bağlı narahatlıqlar fonunda birja indeksləri 2-4 faiz azalmışdı. Hazırda ABŞ-da inflyasiya rekord dərəcədə yüksək səviyyədədir. ABŞ Federal Ehtiyatlar Sistemi (FES) inflyasiyanı cilovlamağa çalışır, lakin FES tərəfindən faiz dərəcələrinin aqressiv şəkildə artırılması iqtisadiyyatın inkişaf dinamikasını ləngidə bilər.

© azərtac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ fond birjalarında indekslər 4 faizə qədər azalandan sonra 1-2 faiz bərpa olunur — Fins.az — Fins.az