ABŞ fond bazarları gerilədi

ABŞ fond bazarları gerilədi

BİRJA
381

Fins.az - ABŞ fond indeksləri həftənin son ticarət günündə azalma nümayiş etdirib.

İnvestorların diqqəti əsasən Yaxın Şərqdə davam edən hərbi gərginlik və enerji bazarında qeyri-müəyyənliyə yönəlib.

Donald Trump regiondakı vəziyyətlə bağlı ABŞ-ın İranın enerji infrastrukturuna zərbələrini təxirə saldığını açıqlayıb. Eyni zamanda Pentagon Yaxın Şərqə əlavə 10 minə qədər hərbi qulluqçu göndərmə variantını nəzərdən keçirir. Hücumlar Hörmüz boğazından tanker axınını məhdudlaşdıraraq enerji qiymətlərini artırıb.

Enerji bazarında qiymət artımı bu ay ABŞ Mərkəzi Bankının (Federal Reserve System) pul siyasətini yumşaltmaq ehtimalını azaldıb və iqtisadiyyatda staqflasiya risklərini yüksəldib. FED-in idarə heyətinin üzvü Michael Barr hazırki əsas faiz dərəcələrinin saxlanmasının məqsədəuyğun olduğunu bildirib. Anna Paulson isə inflyasiyanın hədəfdən yüksək səviyyədə qalmasının xammal şokunu ciddi problemə çevirə biləcəyini vurğulayıb.

İndekslər və sektor performansı

Ticarətin nəticələrinə görə:

  • Dow Jones Industrial Average – 1,73% azalma ilə 45 166,64 bənd

  • S&P 500 – 1,67% azalma ilə 6 368,85 bənd

  • Nasdaq Composite – 2,15% azalma ilə 20 948,36 bənd

Enerji sektorunda isə qiymətlər yüksəlib. Exxon Mobil 3,4%, Chevron 1,6%, ConocoPhillips 0,4% bahalaşıb.

Bank sektorunda isə satışlar üstünlük təşkil edib: JPMorgan Chase 3%, Goldman Sachs 2,4%, Citigroup 4,5% ucuzlaşıb.

Texnologiya nəhəngləri də təzyiq altında qalıb. Microsoft 2,5%, Amazon 4%, Apple 1,6%, Tesla 2,8% dəyər itirib.

Meta Platforms səhmləri isə şirkətin 27 milyard dollarlıq enerji infrastruktur layihəsi ilə bağlı xərcləri üzərinə götürməsi xəbərlərindən sonra 4% azalıb. Entergy Corp. səhmləri isə bu layihənin operatoru olacağı üçün 6,8% bahalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ fond bazarları gerilədi — Fins.az — Fins.az