
ABŞ-da Nasdaq indeksi rekordla bağlanıb
ABŞ-dakı indekslər həftənin ilk ticarət gününü qarışıq hərəkətlə tamamlayııb
Nasdaq indeksi 0,68% gəlirlə 11,775.46 bəndə çataraq rekordla bağlanıb.
Dow Jones indeksi 200 bənddən çox aşağı enib və 0.78 faiz azalaraq 28.430.05 bənd olub..
S&P 500 indeksi də 0,22 faiz azalaraq 3500,31 bəndə düşüb.
Bu indekslər günü enişlə bağlasa da, 1980-ci illərdən bəri ən yaxşı Avqust performansını göstərib.. Dow Jones indeksi 1984-cü ildən indiyəqədərki müddətdə 7,6% artıb və S&P 500 indeksi 1986-cı ildən bəri ən böyük artım qeydə alınan Avqust ayında 7% artıb.