
ABB-nin 11%-lik istiqrazları Bakı Fond Birjasında yerləşdirilib
Fins.az - 3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitib.
AZ2003004580 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2003004580 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
Kupon faizi | 11% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 2 il |
Minimal qiymət | 100 (11.0000%) manat |
Maksimal qiymət | 100 (11.0000%) manat |
Kəsmə qiyməti | 100 (11.0000%) manat |
Ortaçəkili qiyməti | 100 (11.0000%) manat |
Reallaşdırılmış həcm | 5,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 27,065,500 manat |
Abunə yazılışında iştirak etmiş investor sayı | 296 |
Sifarişi icra edilmiş investor sayı | 277 |
Abunə yazılışında təklif edilmiş sifariş sayı | 352 |
İcra edilmiş sifariş sayı | 329 |
Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |