
ABB - İnvest investisiya şirkəti Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib
Bakı Fond Birjasının üzvlüyünə yeni investisiya şirkəti qəbul edilib
Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb
Məlumatda bildirilir ki,"ABB - İnvest investisiya şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 23 oktyabr 2020-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib.
Qeyd edək ki, beləliklə, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı səkkizə yüksəlib.
Müəllif: Aynur Qəniyeva