
ABB İnvest-in daxili bazar dövriyyəsi 39 milyard manata çatıb - Nadir Babazadə
“ABB-İnvest” 2025-ci il üzrə səhmdarı olan ABB-yə 3 milyon manat dividend ödəyəcək.
Fins.az xəbər verir ki, bu barədə “ABB-İnvest”in icraçı direktoru Nadir Babazadə məlumat verib.
Onun sözlərinə görə, investisiya şirkətinin ötən il üzrə daxili birja dövriyyəsi 25 min əqd üzrə 39 milyard manat təşkil edib. Şirkətin daxili bazar üzrə payı 50%-i ötüb.
N.Babazadə əlavə edib ki, son dövrlərdə repo əməliyyatlarında da kəskin artım müşahidə olunur.
Eyni zamanda bildirilib ki, 2026-cı ildə Azərbaycanda 4-5 şirkətin istiqraz emissiyası planlaşdırılır. Prosesdə anderraytinq qismində “ABB-İnvest” iştirak edəcək.
Qeyd olunub ki, istiqraz emissiyası həyata keçirəcək şirkətlərin ikisi dövlət müəssisəsidir. Emissiyaların həm manat, həm də xarici valyutada buraxılması nəzərdə tutulur və ümumi həcmin 100 milyon manatdan çox olacağı gözlənilir.