
“ABB İnvest” beynəlxalq istiqraz bazarına çıxmağı planlaşdırır
“ABB İnvest” xarici banklardan birində istiqraz buraxılışı həyata keçirməyi planlaşdırır və bu istiqamətdə hazırda danışıqlar aparılır.
Fins.az xəbər verir ki, bu barədə “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekun maliyyə göstəricilərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirələr davam etsə də, yekun qərar qəbul olunmadığı üçün layihə barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
Nadir Babazadə bildirib ki, hazırda xarici bank platformasında istiqraz buraxılışı üzrə danışıqlar mərhələsi davam edir. Lakin yekun nəticə olmadığı üçün əlavə detallar açıqlanmır.