
Ziya Nuriyev: Növbəti ay Korporativ Mobil əlavənin istifadəyə verilməsini planlaşdırırıq
İyul ayında korporativ müştərilərimizə ayrıca Mobil əlavə təqdim edəcəyik.
Bunu "Fins.az"-a açıqlamasında "Rabitəbank"-ın baş direktoru Ziya Nuriyev deyib.
O bildirib ki, "Rabitəbank"-ın Mobil əlavəsi üzrərində müəyyən yenilənmələr həyata keçirilir. Yeni əlavə funksianallıqların aktivləşdirilməsini planlaşdırırıq. Növbəti ay Korporativ Mobil əlavənin istifadəyə verilməsini planlaşdırırıq.
Ziya Nuriyev "Rabitəbankı" -ın müştərisi olan şirkətlər üçün Mobil əlavə ilə bağlı işlərin hansı mərhələdə olmasını da açıqlayaraq" Artıq Korporativ Mobil əlavənin ilkin versiyası hazırıdır. Test rejimində fəaliyyət göstərir. İyul ayında biz düşünürük ki, korporativ müştərilərimizə mobil əlavəni təqdim edəcəyik,"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva