Zakir Nuriyev: "Kredit faizlərini dövlətin əvvəlcədən öz üzərinə götürməsi.." -VİDEO

Zakir Nuriyev: "Kredit faizlərini dövlətin əvvəlcədən öz üzərinə götürməsi.." -VİDEO

BANK
1,844

Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev ARB24 tv -də Azərbaycanın bank sektoru üçün aktual olan məsələlər barədə önəmli açıqlamalar verib.

Fins.az -ın məlumatına görə assosiasiya sədri koronavirus pandemiyası ərəfəsində ölkənin bank sistemində həyata keçiriləcək transformasiyalar barədə bildirib ki, Bəyan edilmiş paketdə həm vətəndaşlara olunacaq birbaşa yardımlar yəni əmək haqlarının ödənilməsi formasında eyni zamanda müxtəlif formalı güzəştlər və ya imtiyazlar bütövlükdə cəmiyyətdə mövcud ödəmələr və zəruri ödənişlər üçün baza yaratmış olacaq.Yaranmış baza imkan verəcək ki, insanlar bütün növ hətta sosial həyatlarını təmin edərək ödənişlərini həyata keçirmiş olsunlar.Sahibkarların bundan sonrakı dövr üçün də iqtisadi inkişafın tənzimlənməsi üçün bank sektoru üçün 2 geniş proqram nəzərdə tutulmuşdur.Bu proqramlardan biri 1 milyard dollarlıq kredit portfelini əhatə edəcək.Bu kredit portfelinin ödəniləcək faizlərin  10% hissəsi Sahibkarlığa Kömək Fondu vasitəsilə ödəniləcək.Bu imkan verəcək ki,sahibkarlar pandemiyanın onlara vurduğu zərərləri qarşılamış olsunlar.Özlərinin iqtosadi fəaliyyətdələrini davam etdirmək üçün ilkin yardımı almış olacaqlar.

Bundan əlavə bizim əsas vəzifələrimizdən biri təkcə pandemiyanın vurduğu zərər deyil eyni zamanda pandemiyadan sonrakı dövr üçün özümüzün iqtisadi fəallığımızın təmin edilməsi məsələsidir.Hesab edirik ki,iqtisadi paketdə bu məqsəd üçün və banklar üçün veriləcək kreditlərin 60% hissəsi dövlət zəmanəti ilə təmin ediləcək.Bu gün banklarla müştərilər arasında yaranan mühüm problemlərdən biri,onların alacaqları kreditlər üçün təqdim etməli olduqları girov məsələləridir.Bu girov məsələləri bu iqtisadi paket çərçivəsində öz həllini tapmış olur. Kreditlərin 60%-lik hissəsi dövlət zəmanəti ilə təmin edilmiş olacaq.

O qeyd edib ki, Eyni zamanda bu kömək çərçivəsində veriləcək kreditlərin faizinin 7,5 % hissəsi dövlət tərəfindən qarşılanacaq.Bu zaman əsas şərt və tələb kimi bu kreditlərin  faiz dərəsinin 15% həcmində verilməsi,müddətinin də 3 il olması şərti  irəli sürülüb.Bu da biznes kreditləri üçün normal şərt hesab edilir.

Həmçinin Zakir Nuriyev "Bu gün mövcud portfelə veriləcək  ilkin dəstək eyni zamanda pandemiyadan sonrakı dönəm üçün formalaşacaq kredit portfellərinə zəmanətin təqdim edilməsi,yaranacaq kredit faizlərini də dövlətin əvvəlcədən öz üzərinə götürməsi sahibkarlığı və iqtisadi inkişafı stimullaşdıracaq əsas amillərdən biri olacaq." -deyə qeyd edib.

Sözügedən verilişi təqdim edirik

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zakir Nuriyev: "Kredit faizlərini dövlətin əvvəlcədən öz üzərinə götürməsi.." -VİDEO — Fins.az — Fins.az