
"Yelo Bank"-ın nəcib addımı -TƏNHA AHILLARA YARDIM
"Yelo Bank" Sunqayıt şəhəri ərazisində məskunlaşmış Qubadlı rayonundan olan 150 tənha ahılı ziyarət edərək onlara ərzaq və gigienik məhsullar verib. Daha əvvəl də cəmiyyətin aztəminatlı təbəqəsinə həssas yanaşan “Yelo Bank"-ın bu addımı atmasında məqsəd vətəndaşlara edilən “evdəqal" çağrışına əməl edilməsinə dəstəkdir. Eyni zamanda əhalinin aztəminatlı və yaşlı təbəqəsinə müəyyən yardım etməklə xoş-əhval ruhiyyə bəxş etməkdir. Bu nəcib təşəbbüsün bank tərəfindən Bakıda yaşayan tənha ahılları da sevindirmək üçün davam etdiriləcəyi bildirilib
Bundan əlavə”Yelo bank" bütün dünyada davam edən pandemiya ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200,000 manat ianə edib.
Qeyd edək ki, Karonavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmaq məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.






Müəllif:Aynur Qəniyeva