Yaponiyanın Azərbaycana investisiya payı 4%-ə düşüb

Yaponiyanın Azərbaycana investisiya payı 4%-ə düşüb

BANK
563

Ötən il Yaponiyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 180,639 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 13,213 milyon ABŞ dolları və ya 6,8% azalıb.

Hesabat ilində Azərbaycana yönəldilən ümumi birbaşa xarici investisiyaların 4%-i Yaponiyadan yatırılan sərmayələrin payına düşüb.

Öz növbəsində, Azərbaycan ötən il Yaponiya iqtisadiyyatına 18,454 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü illə müqayisədə 16,593 milyon ABŞ dolları və ya 9,9 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya yatırılan Azərbaycan sərmayələrinin xüsusi çəkisi 1,3% təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Yaponiyadan Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 193,852 milyon ABŞ dolları, Azərbaycandan Yaponiyaya yatırılan investisiyaların həcmi isə cəmi 1,861 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Bununla yanaşı, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü illə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyanın Azərbaycana investisiya payı 4%-ə düşüb — Fins.az — Fins.az