
Yaponiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 1,6% artıb
2025-ci ildə Yaponiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 245,453 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,971 milyon dollar və ya 1,6% artım deməkdir.
Hesabat ilində Yaponiyadan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 3,7% olub. Eyni zamanda, Azərbaycan 2025-ci il ərzində Yaponiya iqtisadiyyatına 16,199 milyon dollar sərmayə qoyub ki, bu da əvvəlki illə müqayisədə 9,211 milyon dollar və ya 36,2% azalma deməkdir. Azərbaycanın Yaponiya iqtisadiyyatına yatırdığı investisiyaların payı isə 0,6% təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə birbaşa xarici investisiyaların həcmi 6,595 milyard dolları ötüb. Eyni dövrdə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 2,528 milyard dollar olub ki, bu da 2024-cü illə müqayisədə 43,4% artım deməkdir.