“Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu

“Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu

BANK
1,044

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ilin 1-ci rübünü 656 min manat zərər ilə başa vurub. Halbuki, Bank ötən ilin ilk rübündə 1 milyon 685 min manat xalis mənfəət əldə etmişdi. İlk rübdəki zərər ehtiyata ayırmadan qaynaqlanır.

Fins.az  Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Yapı Kredi Bank Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 10 milyon 693 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 49 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 644 min manat əməliyyat mənfəəti yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan ehtiyatlara 4 milyon 52 min manat ayrıldığından və 247 min manat mənfəət vergisi ödənildiyindən bank ilk rübü 656 min manat zərər ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 11 milyon  956‬ min manat, cəmi əməliyyat xərcləri 7 milyon 759 min manat, əməliyyat mənfəəti 4 milyon 197‬ min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 1 milyon 973 min manat ayırdığından və 539 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 1 milyon 685 min manat xalis mənfəət ilə başa vurmuşdu. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu — Fins.az — Fins.az