Xaricdən karta pul köçürmələrinin həcmi artır

Xaricdən karta pul köçürmələrinin həcmi artır

BANK
266

Fins.az – Unibank KB ASC müştərilərinə müxtəlif sürətli pul köçürmə sistemləri vasitəsilə beynəlxalq pul köçürməsi xidmətləri təqdim edir.

Bankın məlumatına görə, Zolotaya Korona və Western Union sistemləri istisna olmaqla digər sürətli pul köçürmə sistemləri vasitəsilə xaricdən karta göndərilən vəsaitlərə görə 1% komissiya tutulur. Minimum komissiya məbləği 1 AZN, 1 ABŞ dolları (USD), 1 avro (EUR) və 1 funt sterlinq (GBP) təşkil edir.

Unibank bildirir ki, Zolotaya Korona sistemi vasitəsilə Azərbaycan, MDB və Avropa ölkələrinə pul köçürmələri həyata keçirmək mümkündür.

Bu sistem üzrə köçürmələr AZN, ABŞ dolları, avro (EUR) və Rusiya rublu (RUB) valyutalarında həyata keçirilir.

Bankın məlumatına əsasən, Zolotaya Korona sistemi üzrə komissiya haqqı minimum 0,3%-dən başlayır.

Bundan əlavə, Azərbaycan manatı ilə ölkə xaricindəki bütün istiqamətlərə həyata keçirilən pul köçürmələrinə görə komissiya 0% təşkil edir.

Unibank qeyd edir ki, müştərilər UBank tətbiqi vasitəsilə həm pul göndərə, həm də pul qəbul edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xaricdən karta pul köçürmələrinin həcmi artır — Fins.az — Fins.az