Vüsal Qasımlı: "Kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək"

Vüsal Qasımlı: "Kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək"

BANK
1,672

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziriKoronavirus (COVID-19) pandemiyasının bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların respublika iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. 

Fins.az məlumatına görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluqsosial rifaha dəstəyi, makroiqtisadimaliyyə sabitliyini əhatə edir:

O qeyd edib ki, 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq".

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüsal Qasımlı: "Kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək" — Fins.az — Fins.az