Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Fins.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb cəmi 4,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.