
Valyuta hərracı keçirildi - TƏLƏB YENİDƏN ARTIB
30 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Fins.az-a Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 69,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 28 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 57,9 milyon ABŞ dolları təşkil etmişdi.