Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb

Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb 

BANK
1,561

Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.

NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi. 

“Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir”. – Andrey Şinkeviç, “Frontclear”ın baş vitse-prezidenti

Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: “Biz çox şadıq ki, NDCCS əməliyyatı “Unibank”ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək”.

“Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə “Unibank”ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif “Unibank”a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və  tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb — Fins.az — Fins.az