
Türkiyənin 9 bankının proqnozu "sabit"dən "mənfi"yə dəyişdi
Beynəlxalq kredit reytinqi təqşkilatı "Fitch Ratings", Türkiyənin 9 bankının uzunmüddətli xarici valyutada kredit reytiqninin proqnozunu "sabit"dən "mənfi"yə dəyişib.
Marja "Fitch Ratings"in açıqlamasına istinadən xəbər verir ki, 9 bank aşağıdakılardır:
ING Bank, Denizbank, QNB Finansbank, TEB, ICBC Turkey, Alternatifbank, Burgan Bank Turkey, Kuveyt Türk və Türkiye Finans.
Açıqlamada "mənfi" proqnozun, bazar volatilliyində artım və Türkiyənin zəifləyən xalis valyuta ehtiyatları nəzərə alınaraq artan hökumət müdaxilələri risklərini əks etdirdiyi qeyd edilib.