Türkiyədə inflyasiya yenidən rekord həddə çatıb

Türkiyədə inflyasiya yenidən rekord həddə çatıb

BANK
403

Türkiyədə inflyasiya aprel ayında rekord həddə çatıb. İllik ifadədə bu göstərici 69,8%-ə yüksəlib ki, bu da ölkədə inflyasiyanın 85% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.
Fins.az xəbər verir ki, istehlak qiymətlərində ən çox artım təhsil sektorunda (artım 103,86%), o cümlədən otel, kafe və restoranlarda (artım 95,82%) baş verib.
Aylıq ifadədə isə Türkiyədə inflyasiya 3,18% artıb ki, bu da əsasən alkoqollu içkilər və tütün məmulatlarının qiymətlərinin artması, o cümlədən otel, kafe və restoranlarda qiymət artımı hesabına baş verib.
Heyrətamiz rəqəmə baxmayaraq, istehlak qiymətləri indeksinin aprel dinamikası analitiklərin gözləntilərindən aşağı olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə inflyasiya yenidən rekord həddə çatıb — Fins.az — Fins.az