Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

BANK
488

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin mayın 27-də keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

Həmin vaxtdan sonra keçirilən 5 iclasda uçot dərəcəsi dəyişməz saxlanılıb.

Hazırda Türkiyə birjalarında ABŞ dolları 16,4 lirəyə alınıb-satılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb — Fins.az — Fins.az