Türk Lirəsi daha da ucuzlaşdı

Türk Lirəsi daha da ucuzlaşdı

BANK
698

Fed-in dəyişən proqnozları ilə yüksələn dollar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra da yüksəlir. Bu gün Türkiyə Mərkəzi Bankı faizini 19% səviyyəsində saxlasa da, Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqi ilə iyul və ya avqust ayında faiz endiriminə gedə bilər.

"Fins.az" xəbər verir ki, məzənnədə artım 1,3%-i aşıb. Bakı vaxtı ilə saat 19:27-də Dollar/TL məzənnəsi 8.7298 türk lirəsi səviyyəsində olub.

Fed, faizin artırılması daxil, şərtləri gözləniləndən daha erkən sərtləşdirməyə başlaya bilər. Buna dair açıqlamalar Dolların bahalaşmasına səbəb olur. Fed-in yaydığı proqnozlara görə, 2023-cü ilin sonunadək iki dəfə faiz artırılması nəzərdə tutulur. Belə bir təqvim, faizin artırılmasına bazardakı bir çox aktyorun gözlədiyindən daha erkən başlayacağına işarə edir.

Fed sədri Jerome Powell-in çərşənbə günü keçirdiyi mətbuat konfransında, maliyyə bazarlarını və iqtisadiyyatı dəstəkləmək üçün istifadə edilən qiymətli kağız alış proqramı ilə əlaqədar müzakirələrin başlaya biləcəyini söyləyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türk Lirəsi daha da ucuzlaşdı — Fins.az — Fins.az