Təmassız ödənişlər üç dəfə artacaq

Təmassız ödənişlər üç dəfə artacaq

BANK
711

İngiltərə mərkəzli araşdırma şirkəti “Juniper Research” təmassız ödənişlərin cari vəziyyəti və gələcək proyeksiyaları ilə bağlı hesabat paylaşıb. “Contactless Payments: Market Status, Vendor Analysis & Market Forecasts 2020-2024” adlı hesabata əsasən, hal-hazırda 2 trilyon dollar həcmində olan təmassız ödəniş tranzaksiyaları 2024-cü ilədək 300%-ə dək artaraq 6 trilyona dollara çatacaq.

Bu böyüməyə təsir göstərəcək əsas amillər kimi ağıllı telefonlarda OEM Pay vasitəsilə təmassız ödənişlərin sürətlə yayılması, ABŞ-da hər il daha çox təmassız kartların istifadəyə verilməsi və Çinin təmassız POS terminal infrastrukturunu genişləndirməsi göstərilib.

Xüsusi ilə ABŞ-ın təmassız ödənişlər bazarında 8 dəfədən artıq böyümə proqnozlaşdırılır. Belə ki, hal-hazırda 178 milyard dollarlıq təmassız ödəniş tranzaksiyasına həcminə malik olan ABŞ-da 2024-cü ildə bu göstəricinin 1.5 trilyonu ötməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təmassız ödənişlər üç dəfə artacaq — Fins.az — Fins.az