
Tam rəqəmsal bankçılıq: bütün maliyyə əməliyyatları bir mobil platformada
Fins.az - Azərbaycan Beynəlxalq Bankı (ABB) “ABB mobile” tətbiqi vasitəsilə istifadəçilərə tam rəqəmsal bankçılıq imkanları təqdim etdiyini açıqlayıb.
Bildirilib ki, tətbiq bütün maliyyə əməliyyatlarının bir platforma üzərindən təhlükəsiz, sadə və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradır. İstifadəçilər ABB mobile vasitəsilə investisiya imkanlarından yararlana, yerli və xarici bazarlara sərmayə qoya, ödənişləri operativ şəkildə icra edə bilirlər.
Məlumata görə, tətbiqdə “Fayda Max” proqramı çərçivəsində dövriyyəyə əsasən əlavə keşbek imkanları təqdim olunur. Bundan əlavə, “DigiDeposit” vasitəsilə əmanət hesabı açmaq, “DigiHesab” ilə isə hesab qalıqlarından faiz gəliri əldə etmək mümkündür.
ABB mobile eyni zamanda onlayn kredit sifarişi, sığorta xidmətləri, ölkədaxili və beynəlxalq pul köçürmələri kimi bir sıra maliyyə xidmətlərini də əhatə edir. İstifadəçilər həmçinin seçilmiş kateqoriyalar üzrə keşbek qazanaraq onu kart hesablarına yönləndirə bilirlər.
Bankdan verilən məlumata əsasən, tətbiq yüksək təhlükəsizlik standartları ilə seçilir. 6 rəqəmli PIN kod, SIMA imza, real vaxtda risk aşkarlanması və mütəmadi təhlükəsizlik auditləri ABB mobile-ın əsas təhlükəsizlik mexanizmləri sırasındadır.
Qeyd edilib ki, ABB mobile ölkədə ISO sertifikatı alan ilk mobil bank tətbiqi kimi rəqəmsal bankçılıqda yeni standart formalaşdırır və istifadəçilərə tam inteqrasiya olunmuş maliyyə ekosistemi təqdim edir.