
Taleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 87,9 milyard dollara çatıb"
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları artım nümayiş etdirib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dollarına çatıb.
AMB sədri qeyd edib ki, Mərkəzi Bankın öz valyuta ehtiyatları isə 12,7 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
Taleh Kazımov vurğulayıb ki, strateji valyuta ehtiyatlarının artımı ölkənin xarici mövqeyinin və makroiqtisadi dayanıqlığının güclənməsinə müsbət təsir göstərir.