Sterlinqdə "istefa" bahalaşması

Sterlinqdə "istefa" bahalaşması

BANK
1,066

Sterlinq Böyük Britaniyanın baş naziri Boris Consonun istefa verəcəyi xəbərindən sonra sterlinq bahalaşıb. 
Bildirilir ki, Boris Consonun istefası xəbəri son vaxtlar yüksək inflyasiyanın, zəifləyən iqtisadiyyatın və siyasi qeyri-müəyyənliklərin kölgəsində qalan İngiltərə iqtisadiyyatında bir qədər rahatlıq yarada bilər.

Britaniya valyutası bu xəbərdən sonra dollar qarşısında 0,6% bahalaşaraq 1,1994 səviyyəsindən alınıb. FTSE 250 indeksi 0,9% artıb.

Credit Agricole G10 valyuta araşdırma bölməsindən Valentine Marinov bildirib ki: "Valyuta bazarları ümid edir ki, yeni lider partiyadaxili birliyi bərpa edəcək və yaşayış xərclərinin artdığı iqtisadiyyatda effektiv tədbirlər görəcək." -deyə qeyd edib.

Nomura Valyuta Strateqi Jordan Rochester bildirib ki, yüksəliş müvəqqəti ola bilər və yeni liderin iqtisadi planına aydınlıq gətirilənə qədər hər şey qeyri-müəyyəndir.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sterlinqdə "istefa" bahalaşması — Fins.az — Fins.az