“S&P” iyulda Azərbaycanın yenilənmiş suveren reytinqini dərc edəcək

“S&P” iyulda Azərbaycanın yenilənmiş suveren reytinqini dərc edəcək

BANK
764

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi iyulun 24-də Azərbaycanın yenilənmiş suveren reytinqini dərc etməyi planlaşdırır. 

“2020-ci il yanvarın 24-də biz Azərbaycanın yeni reytinqini dərc etmişik, mart ayında isə plandankənar qiymətləndirmə aparılıb. Yenilənmiş reytinq iyulun 24-də dərc olunacaq”, - deyə məlumatda qeyd olunur.

“S&P” mart ayında Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+/B” səviyyəsində təsdiq edib, proqnozu isə “sabit” saxlayıb.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə, eləcə də aşağı xarici borc səviyyəsinə malikdir.

“S&P” koronavirus pandemiyası və neftin ucuzlaşması ilə əlaqədar 2020-ci ildə Azərbaycanda ÜDM-nin 6,6% azalacağını, 2021-ci ildə isə 2,6% artacağını gözləyir.

(c)İnterfaks Azərbaycan

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“S&P” iyulda Azərbaycanın yenilənmiş suveren reytinqini dərc edəcək — Fins.az — Fins.az