Səfir: "Aİ Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan edib"

Səfir: "Aİ Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan edib"

BANK
300

Avropa İttifaqı Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan edib.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, Aİ Şərq Tərəfdaşlığı İqtisadi və İnvestisiya Planı kontekstində Azərbaycana investisiyaları dəstəkləyir. Bu ilin əvvəlində komissar Varhelyi Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan edib və biz bunu reallaşdırmaq üçün BMİ və Aİ Üzv Dövlətləri ilə sıx əməkdaşlıq edirik.

"EU for Business" bu baxımdan əsas təşəbbüsdür və mən şadam ki, Azərbaycanla əməkdaşlığımız öz bəhrəsini verir. Bu birgə texniki əməkdaşlıq proqramının uğurla başa çatması Azərbaycan hökuməti, ölkədəki biznes və icraçı tərəfdaşlarımız ilə güclü tərəfdaşlığımızın göstəricisidir”- deyə, Peter Mixalko əlavə edib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səfir: "Aİ Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan edib" — Fins.az — Fins.az