Samir Şərifovdan QDTİB -in Azərbaycana ayırdığı kreditin məbləği ilə bağlı AÇIQLAMA

Samir Şərifovdan QDTİB -in Azərbaycana ayırdığı kreditin məbləği ilə bağlı AÇIQLAMA

BANK
490

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 mln. avro məbləğində kredit vəsaitlari ayırıb.

Fins.az xəbər verir ki, bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.

 Onun sözlərinə görə, bununla yanaşı bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.

"2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirildi və cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bununla da QTDTİB Azerbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu",- deyə nazir qeyd edib.

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samir Şərifovdan QDTİB -in Azərbaycana ayırdığı kreditin məbləği ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az