Şahin Mahmudzadə bankların bağlanma meyarlarını açıqlayıb

Şahin Mahmudzadə bankların bağlanma meyarlarını açıqlayıb

BANK
582

Şikayət indeksinə əsaslanaraq bankların bağlanması düzgün yanaşma deyil və bu, bazarda əsassız ajiotaja səbəb ola bilər.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Azərbaycan Mərkəzi Bankı rəsmisi qeyd edib ki, şikayət indeksi müştəri hüquqları ilə bağlı göstəricidir və bankın fəaliyyətinin dayandırılması üçün əsas meyar kimi qəbul edilə bilməz.

Onun sözlərinə görə, bankların bağlanması məsələsinə yalnız prudensial nəzarət çərçivəsində baxılır. Bu zaman əsas göstəricilər kimi kapital adekvatlığı, kredit portfelində gecikmələr və digər maliyyə indikatorları nəzərə alınır.

Ş.Mahmudzadə vurğulayıb ki, yalnız şikayət indeksinin yüksək olması səbəbindən bankın bağlanması maliyyə sistemində əsassız narahatlıqlar yarada və əlavə problemlərə gətirib çıxara bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şahin Mahmudzadə bankların bağlanma meyarlarını açıqlayıb — Fins.az — Fins.az