
Sahibinə pul qazandıran kartlar – SİYAHI
Son dövrlər Azərbaycanın bank sektorunda gözə çarpan yeniliklərdən biridə məhz kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir neçə bank tərəfindən təqdim edilir. Fins.az qeyd olunan özəlliyi olan kartların siyahısını təqdim edir.
Kapital Bank -BirKart
BirKart Kapital Bankın təqdim etdiyi, faizsiz və komissiyasız taksit imkanı verən unikal bir kartdır. Bu kart vasitəsilə siz BirKart partnyoru olan partnyor mağazalarında istədiyiniz məhsul və xidməti öz qiymətinə aylara bölüb, əlavə faiz ödəmədən əldə edə bilərsiniz. Üstəlik, uzun-uzun sənədləşmə yox, komissiya yox, əlavə şərt yox. BirKart Cashback və ya BirKart Miles kartları sizə eyni zamanda alış-verişdə birdəfəlik ödənişlərinizin bir hissəsini geri qazanmaq (cashback və ya miles olaraq) imkanı təqdim edir.
AccessBank – myCard
Bu kart 3 növdə (Classic, Gold və Platinum) buraxılır. Kartın növündən asılı olaraq hesablanan faizlərdə fərqli ola bilər. Classic-də illik 4% olmaqla hesablama aparılır, Gold və Platinum kartlarında isə illik 5%-dən hesablanma aparılacaqdır.
Nağdlaşdırma: AccessBank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1-1.5%
Qeyd edək ki, hər üç kartda AccessBankın bankomatlarında pulsuz nağdlaşdırma etmək mümkündür. Digər bankların bakomatlarında nağdlaşdırmaya görə 1-1.5% komissiya tutulacaqdır.
Kartın qiymət: myCard Classic (3 illik) – 20 AZN, myCard Gold – 1 illik 45 AZN , 2 illik- 60 AZN, 3 illik- 70 AZN, myCard Platinum 1 illik- 60 AZN, 2 illik – 80 AZN, 3 illik – 100 AZN
Məlumat üçün bildirək ki, faizin hesablanması üçün kartda minimum 500 AZN/USD olmalıdır.
RabitəBank – Kartmane
Kartmane 4 növdə təqdim edilir (Kartmane debit, Kartmane Kredit, Premium debit və Premium Kredit) . Biz yalnız debit kartlarına baxacağıq.
Kartmane debit 2 formatda təqdim edilir (VISA Rewards Kartmane və Mastercard World Kartmane ) və hesabda qalan vəsaitə hesablanan faizin həcmi 4% təşkil edir. Premium kartlarda ( VISA Infinite Kartmane və Mastercard Black Kartmane ) bu faiz dərəcəsi kartında 6% təşkil edir.
Nağdlaşdırma: Azərbaycanın daxilində istənilən ATM-də nağdlaşdırma – Ayda 5 dəfə pulsuz. Premium debit kartında əlavə olaraq – Ökəxarici istənilən ATM-də nağdlaşdırma – İl ərzində 1 000 AZN və ya 500 USD/EUR pulsuz.
Kartın qiyməti: (hər iki kart 60 aylıqdır) Kartmane debit kartının qiyməti 10 AZN / 6 USD, Kartmane hesabı açılan zaman 500 AZN/USD/EUR minimal mədaxil edildikdə kart pulsuz təqdim edilir. Premium debit kartının qiyməti bir dəfəyə 199 AZN (120 USD/EUR) və ya aylıq ödənişlə 19 AZN (12 USD/EUR). Və ya hesabın açıldığı zaman 15000 AZN mədaxil edilərsə pulsuz təqdim edilir.
Faizinin hesablanacağı maksimal məbləğ: Kartmane debit – 10 000 AZN/USD , Premium debit – 50 000 AZN/USD
Bankın bu kartlara verdiyi əlavə güzəştlər:
Kartmane Debet:
- PIN Change və PIN Erase Xidmətləri – Pulsuz
Premium Debet:
- PIN Change və PIN Erase Xidmətləri – Pulsuz
- SMS Xəbərdarlıq Xidməti – pulsuz
Məlumat üçün bildirək ki, faizin hesablanması üçün kartda minimum 100 AZN/USD olmalıdır.
Bank of Baku – Bolkart
Bank of Baku-nun 4 kartında hesab qalığına faiz hesablanır. Bu kartlar Bolkart Gənc Debet, Bolkart Ailə Debet, Bolkart Gold Debet və Bolkart Diamond Debet. Bütün kartlar üzrə qalıq vəsaitə hesablanan faizin həcmi 5%-dir.
Nağdlaşdırma: Bank of Baku-a aid bankomatlar, həmçinin vəsait karta nağd üsul ilə Bank of Baku filiallarında və ya Bank of Baku Cash İnn terminallarında mədaxil edildikə heç bir komissiya tutlmur. Digər hallarda mədaxil edilən vəsaitlər üzrə komissiyaların tutulması Bankın qüvvədə olan Xidmət tarifləri və şərtləri ilə tənzimlənir. Digər hallarda 0.7-1.5% arası dəyişir.
Kartın qiyməti:
Bolkart Gənc Debet:
12 aylıq – 7 AZN
24 aylıq – 12 AZN
36 aylıq – 16 AZN
Bolkart Ailə Debet:
12 aylıq – 8 AZN
24 aylıq – 14 AZN
36 aylıq – 18 AZN
Bolkart Gold Debet 50 AZN
Bolkart Diamond Debet 150 AZN
Qeyd edək ki, bank tərəfindən bu kartlar üzrə qalıq vəsaitə faizin hesablanmasına minimal məbləğ nəzərdə tutulmamışdır.
ExpressBank – Expresso kartı
ExpressBankın təqdim etdiyi Expresso Debit qalığa hesablanan faiz dərəcəsi illik 3% bərabərdir.
Nağdlaşdırma: ExpressBank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1.5- 2%
Qiyməti: 1 illik – 5 AZN, 2 illik – 8 AZN, 3 illik – 12 AZN
Unibank – Albalı Plus Debet
Unibank özünün Albalı Plus debet kartı vasitəsi ilə hesabda olan vəsaitlə faiz hesablanmasını təmin edir. Qeyd olunan kartlarda qalıq vəsaitə hesablanan faiz dərəcəsi illik 3% təşkil edir.
Nağdlaşdırma: Unibank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1.5% qədər
Qiyməti: Albalı Plus debet 10 AZN, Premium kart isə 20 AZN . kartların müddəti 3 illikdir
Qeyd edək ki, bank tərəfindən bu kartlar üzrə qalıq vəsaitə faizin hesablanmasına minimal məbləğ nəzərdə tutulmamışdır.