Rusiyadan Azərbaycana telefon nömrəsi ilə ani pul köçürmələrinin daha rahat yolu

Rusiyadan Azərbaycana telefon nömrəsi ilə ani pul köçürmələrinin daha rahat yolu

BANK
247

Fins.az - “Bank VTB-Azərbaycan” müştəriləri üçün Rusiyadan ani pul köçürmələrinin qəbulunu daha da sadələşdirən yeni xidmət istifadəyə verib.

Bankın yaydığı məlumata görə, VTB (Azərbaycan)-da hesabı olan müştərilər artıq Rusiyadan göndərilən pul vəsaitlərini mobil telefon nömrələri vasitəsilə rahat şəkildə qəbul edə bilərlər.

Bildirilib ki, köçürülən məbləğ ani olaraq müştərinin hesabına daxil olur və vəsait Azərbaycan manatı ilə sərfəli tariflər əsasında hesabda əks etdirilir.

Qeyd olunub ki, yeni xidmət beynəlxalq pul köçürmələrinin daha sürətli və rahat həyata keçirilməsinə imkan yaradır. Bununla da VTB müştəriləri əlavə məlumat təqdim etmədən yalnız mobil telefon nömrəsi vasitəsilə göndərilən vəsaitləri operativ şəkildə qəbul edə biləcəklər.

Bankdan verilən məlumata əsasən, xidmət Rusiyadan Azərbaycana pul köçürmələrinin əlçatanlığını artırmaqla yanaşı, müştərilərə daha rahat maliyyə əməliyyatları həyata keçirmək imkanı təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan Azərbaycana telefon nömrəsi ilə ani pul köçürmələrinin daha rahat yolu — Fins.az — Fins.az