Rusiyadan Azərbaycana pul köçürmələri azalıb-RƏSMİ AÇIQLAMA

Rusiyadan Azərbaycana pul köçürmələri azalıb-RƏSMİ AÇIQLAMA

BANK
498

2021-ci ilin I rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 185 mln. ABŞ dolları (314,5 mln. manat) təşkil edib.

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2020-ci ilin I rübü ilə müqayisədə 38,1% azdır.Cari ilin I rübündə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (967 mln. dollar).

Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəldikdə, bu ilin yanvar-mart aylarında ölkədəki fiziki şəxslər tərəfindən Rusiyaya 31 mln. dollar həcmində transfert həyata keçirilib. Bu, illik müqayisədə 11,4% azdır. Ölkədən Rusiyaya yönələn pul baratlarının 80%-i Rusiya rezidentlərinə göndərilib. Bir köçürmələrin orta məbləği 437 dollar təşkil edib. Azərbaycandan Rusiyaya ümumi pul köçürmələrinin 42,6%-i ödəniş sistemləri ilə həyata keçirilib.

(c)APA

 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan Azərbaycana pul köçürmələri azalıb-RƏSMİ AÇIQLAMA — Fins.az — Fins.az