
Rusiya və İran ödəniş sistemlərini birləşdirir
Rusiya və İran "Şetab" (Shetab) və "Mir" ödəniş sistemlərini birləşdirməyə razılaşıblar.
"Fins.az" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Novak qeyd edib ki, Rusiya və İran qarşılıqlı hesablaşmalarda milli valyutalardan maksimum istifadə edəcək.