
Rusiya rublu yenidən 61 dollaradək bahalaşacaq
Rusiya rublu "Brent" markalı neftin qiymətindəki dinamikanı izləyəcək və 1 ABŞ dollarına qarşı 75 rubla enib, sabitləşdikdən sonra 2 il ərzində tədricən 61 rubl səviyyəsinə qayıdacaq.
"Goldman Sachs"-ın məlumatına görə bunu bankın analitiki Klemens Qraf deyib.
Onun sözlərinə görə, martın 6-da "OPEC+" sazişinin uğursuzluğundan sonra "Brent" markalı neftin 1 barelinin orta qiyməti növbəti 6 ay ərzində 30 dollara yaxınlaşa və sonra tədricən 60 dollar səviyyəsinə qayıda bilər: "Artıq komandamız növbəti 6 ayda neftin qiymətinin 30 dollar, sonrakı 2 il ərzində isə tədricən artaraq bir barel üçün 60 dollar səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. Hesab edirik, bu ssenaridə əvvəlcə 1 dollar 75 rubladək bahalaşacaq, sonra isə 61 rubladək ucuzlaşacaq".
(c)APA