Rusiya Mərkəzi Bankının dollar alışını dayandırması nə ilə nəticələnəcək ?

Rusiya Mərkəzi Bankının dollar alışını dayandırması nə ilə nəticələnəcək ?

BANK
888

Rusiya Mərkəzi Bankının dollar alışını dayandırması qərarının iqtisadi təsirləri ilə bağlı iqtisadçı – ekspert Elman Sadıqov bildirib ki, hazırda Rusiyada aşağı inflyasiya həddi iqtisadiyyatın durğun vəziyyətdə qalmasına səbəb olur (bu fikir daha çox Rusiyanın yeni hökumətinə məxsusdur). Digər tərəfdən də, düşünülür ki, rublun ucuzlaşması ixracın artmasına səbəb olacaq və bu da qeyri-neft sektorunda istehsal və emal da daxil olmaqla iqtisadi aktivliyi artıracaq.

O eyni zamanda “Hər bir halda, digər ölkələrin də ixrac təzyiqindən yaxa qurtarmaq üçün gömrük siyasətləri mövcuddur (əlbəttə, Avrasiya Gömrük İttifaqına daxil olan Belarusiya, Qazaxıstan kimi ölkələr istisna olur və daha çox riskə məruz qalırlar); Rusiya və Səudiyyə Ərəbistanının elan etdikləri bu qiymət müharibəsinə qarşı ABŞ-ın da imkanları mövcuddur. Rusiya topladığı qızıl, gümüş və digər qiymətli metallar ehtiyatına da arxayındır. Lakin, həmin ehtiyatlar bir neçə aya tükənər”-deyə qeyd edib.


 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Mərkəzi Bankının dollar alışını dayandırması nə ilə nəticələnəcək ? — Fins.az — Fins.az