Rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin həcmi 82,5%-ə çatıb

Rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin həcmi 82,5%-ə çatıb

BANK
282

2025-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin sayı 1,060 milyard ədəd, həcmi isə 507,4 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu köçürmələrin say üzrə 94,4%-i, həcmi üzrə isə 82,5%-i rəqəmsal bankçılıq vasitəsilə həyata keçirilib.

Hesabata görə, 2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü ilə nisbətən 12,4% artaraq 308,9 milyard manata çatıb. Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 14,3% artaraq 73 milyard manat olub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin həcmi 82,5%-ə çatıb — Fins.az — Fins.az