"AccessBank"ın mənfəəti əhəmiyyətli dərəcədə azalıb

"AccessBank"ın mənfəəti əhəmiyyətli dərəcədə azalıb

BANK
569

AccessBank QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri bankın gəlirliyində ciddi enişin baş verdiyini göstərir.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,63% azalaraq 10 049 000 manata enib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 13 512 200 manat təşkil edirdi.

Depozit portfeli üzrə artım qeydə alınsa da, bu, mənfəətdəki azalmaya qarşı yetərli olmadı. 2024-cü ilin I rübündə 912 177 manat olan depozit portfeli, 2025-ci ilin eyni dövründə 1 060 152 manata yüksəlib. Artım 16,22% təşkil etsə də, gəlirliliyin düşməsi fonunda bu müsbət dinamika kölgədə qalıb.

Bankın aktivlərində də 14,71% artım qeydə alınıb. 2024-cü ilin yanvar-mart aylarında 1 374 140 manat olan aktivlər, 2025-ci ilin eyni dövründə 1 576 219 manata çatıb. Lakin bu artım da mənfəətdəki 3,5 milyon manatdan çox azalmaya qarşı təsirsiz qalıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AccessBank"ın mənfəəti əhəmiyyətli dərəcədə azalıb — Fins.az — Fins.az