
Qırğızıstanın Azərbaycana sərmayəsi 2 dəfə artıb
2025-ci ildə Qırğızıstandan Azərbaycana birbaşa investisiyaların həcmi 13,033 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 6,626 milyon dollar və ya 2 dəfə artıb.
Məlumata görə, hesabat ilində Qırğızıstandan Azərbaycana yönələn investisiyaların ölkəyə daxil olan ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% olub. 2024-cü ildə isə bu göstərici 6,407 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönələn birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.