Qırğızıstanda prezidentliyə namizəd Azərbaycanda - KREDİT TƏŞKİLATININ SAHİBİDİR

Qırğızıstanda prezidentliyə namizəd Azərbaycanda - KREDİT TƏŞKİLATININ SAHİBİDİR

BANK
640

Azərbaycanın bank olmayan kredit təşkilatı – «M Bulak BOKT» MMC sahibini dəyişib.

Fins.az  şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin səhmdarlarının sırasında dəyişiklik var. Belə ki, 2020-ci ildə şirkətin sahibliyi «Gascoyne Investments Limited» şirkətindən 2 fiziki şəxsə keçib. Bunlar Babırjan Tobayev və Aleksey Kokarevdir. Xatırladaq ki, «M Bulak BOKT» MMC-nin nizamnamə kapitalı 10 408 min manatdır.

Son vəziyyətə görə, burada Babırjan Tobayev 4,07%, Aleksey Kokarev isə 95,93% paya malikdir.

«Mol Bulak Finans» kredit təşkilatı Qırğızıstan şirkətidir. Onu Babırjan Tolbayev 2008-ci ildə yaradıb. Azərbaycandakı eyni adlı təşkilat isə sözügedən şirkətin kapitalı ilə yaradılıb. Son vaxtlara qədər «M Bulak BOKT» MMC-nin səhmdarı olan «Gascoyne Investments Limited» şirkəti isə Kiprdə qeydiyyatdan keçib və Babırjan Tolbayevə məxsusdur.

Qeyd edək ki, Babırjan Tolbayev Qırğızıstanda məşhur şəxsdir, o menecer və sahibkar, son vaxtlar isə siyasətçi kimi tanınır. O, 2020-ci ildə keçirilən Qırğızıstan prezidenti seçkilərində dövlət başçısı postuna namizədlərdən biri olub. Yeri gəlmişkən, həsmin seçkilərdə Qırğızıstan prezidentliyinə namizədlərin sayı 63 nəfər idi.

Tolbayev ABŞ-ın Missisipi Universitetində təhsil alıb, 1996-cı ildə «Soros-Qırğızıstan» proqramının rəhbəri olub. Daha sonra Qırğızıstanda ABŞ-ın müxtəlif kredit layihələrinə rəşbərlik edib. 2008-ci ildən isə «Mol Bulak Finans» mikro kredit təşkilatının rəhbəri olub. Cəmi 10 nəfərlə fəaliyyətə başlayan «Mol Bulak» 12 il ərzində 3 min nəfər əməkdaşı olan korporasiyaya çevrilib. Şirkətin Rusiya, Qırğızıstan və Azərbaycanda ümumilikdə 200 ofisi var. Yeri gəlmişkən, «Mol Bulak» 2018-2019-cu illərdə Qırtızıstanda ən böyük 5-ci vergi ödəyicisi olub.

Səhmdarlar dəyişəndən sonra «M Bulak BOKT»un əsas səhmdarına çevrilmiş Aleksey Kokarev isə «Mol Bulak»ın Rusiya ofisinin də əsas sahibidir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qırğızıstanda prezidentliyə namizəd Azərbaycanda - KREDİT TƏŞKİLATININ SAHİBİDİR — Fins.az — Fins.az