
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər açıqlanıb
2026-cı ilin 1 aprel tarixinə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 98,280 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 11,8 milyon manat və ya 10,7% artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 8,2% azalıb. Hesabat dövründə region üzrə əmanətlərin orta faiz dərəcəsi 6,28% olub.
Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 928 min manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 80 min manat və ya 7,9% azalsa da, illik müqayisədə 239 min manat və ya 34,7% artıb. Region üzrə orta faiz dərəcəsi isə 5,41% səviyyəsində olub.
Qeyd edək ki, 2026-cı ilin 1 aprel tarixinə ölkə üzrə ümumi əmanətlərin həcmi 16,960 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 248,9 milyon manat və ya 1,4% azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyard manat və ya 12,5% artım nümayiş etdirib.