Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb

BANK
301

2026-cı ilin 1 aprel tarixinə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 528,551 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 2,6 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47,2 milyon manat və ya 9,8% artıb. Hesabat dövründə region üzrə kreditlərin orta faiz dərəcəsi 20,02% olub.

Qarabağ iqtisadi rayonunda kredit qoyuluşlarının 528,224 milyon manatı milli valyutada, 327 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Eyni tarixə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 24,491 milyon manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 19 min manat və ya 0,01%, illik müqayisədə isə 14,1 milyon manat və ya 2,4 dəfə artım deməkdir. Region üzrə orta faiz dərəcəsi 14,78% səviyyəsində olub.

Şərqi Zəngəzurda kreditlərin 15,804 milyon manatı milli valyutada, 8,687 milyon manatı isə sərbəst dönərli valyutada təqdim edilib.

Beləliklə, hər iki iqtisadi rayon üzrə ümumi kredit qoyuluşlarının həcmi 553,042 milyon manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin 1 aprel tarixinə ölkə üzrə ümumi kredit qoyuluşlarının həcmi 30,290 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 171,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,7% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb — Fins.az — Fins.az