
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əmanətlər artıb
2026-cı il mayın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 111,592 milyon manata çatıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 13,3 milyon manat və ya 13,5%, 2025-ci ilin mayın 1-i ilə müqayisədə isə 24,4 milyon manat və ya 28,8% artıb.
Məlumata görə, hesabat dövründə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,56% təşkil edib.
Eyni zamanda, 2026-cı il mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,185 milyon manat olub. Bu, bir ay əvvəllə müqayisədə 257 min manat və ya 27,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 571 min manat və ya 1,9 dəfə çoxdur.
Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,81% olub.
Mərkəzi Bankın məlumatına əsasən, 2026-cı il mayın 1-nə Azərbaycanın regionları üzrə cəlb olunmuş əmanətlərin ümumi həcmi 17,642 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 681,5 milyon manat və ya 4%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,8 milyard manat və ya 18,8% artım deməkdir.