Qalıq vəsaitə görə millər avtomatik hesablanacaq – PASHA Bank

Qalıq vəsaitə görə millər avtomatik hesablanacaq – PASHA Bank

BANK
226

PASHA Bank "Miles&Smiles PASHA Bank" kart sahibləri üçün yeni üstünlük təqdim edib. Artıq kart hesabında saxlanılan vəsaitə görə müştərilər əlavə millər qazana biləcəklər.

Fins.az xəbər verir ki, yeni kampaniya çərçivəsində kart hesabındakı qalıq əsasında millər hesablanacaq. Hesablama minimum 1 000 manat, maksimum isə 15 000 manatadək məbləğ üzrə aparılacaq. Toplanan millər hər ay avtomatik olaraq müştərinin "Miles&Smiles" hesabına köçürüləcək və standart millər kimi istifadə oluna biləcək.

Bankdan bildirilib ki, xidmətin aktivləşdirilməsi üçün əlavə qeydiyyat və ya müraciət tələb olunmur. Müştərilər sadəcə kart hesablarında qalıq saxlayır, millər isə aylıq olaraq avtomatik hesablanır.

İllik mil qazancı kart növündən asılıdır

Təklifə əsasən, 1 000 manat qalıq saxlayan müştərilər:

  • Platinum kart üzrə 1 608 mil,

  • Black/Signature kart üzrə 1 872 mil,

  • Elite/Infinite kart üzrə isə 2 136 mil qazana bilərlər.

Maksimum nəzərə alınan 15 000 manat qalıq üzrə isə illik mil qazancı:

  • Platinum kartda 32 088 mil,

  • Black/Signature kartda 36 096 mil,

  • Elite/Infinite kartda 40 104 mil təşkil edir.

Mil hesablanması necə aparılır?

Millər hesablanarkən aylıq orta qalıq əsas götürülür. Yəni ay ərzində hesabda olan gündəlik qalıqların orta göstəricisi müəyyən edilir və müvafiq tarif üzrə mil hesablanır.

Qeyd olunub ki, hesabda 1 000 manatdan az vəsait saxlanıldığı halda mil hesablanmır. Eyni zamanda, 15 000 manatdan yuxarı məbləğlər üzrə əlavə mil verilmir.

Millər harada istifadə oluna bilər?

Qazanılan millər yalnız Turkish Airlines reyslərində deyil, "Miles&Smiles" proqramına daxil olan bütün tərəfdaş aviaşirkətlərdə istifadə edilə bilər.

Bank vurğulayır ki, bu xidmət kartın mövcud üstünlüklərinə daxildir və müştərilərdən əlavə xidmət haqqı və ya qeydiyyat tələb olunmur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qalıq vəsaitə görə millər avtomatik hesablanacaq – PASHA Bank — Fins.az — Fins.az