Premium bankçılıq seqmentində yeni imkanlar yaradılır

Premium bankçılıq seqmentində yeni imkanlar yaradılır

BANK
642

Fins.az“Kapital Bank” ASC müştərilərinə fərdi bankçılıq imkanları və xüsusi üstünlüklər təqdim edən “Birbank Private” xidmətini təklif edir.

Bankın məlumatına görə, “Birbank Private” istifadəçilərə şəxsi assistent, 24/7 “Concierge” xidməti, xüsusi çağrı xətti və növbəsiz xidmət imkanları yaradır.

Xidmət çərçivəsində müştərilər kredit və qeyri-kredit məhsullarını fərdi şərtlərlə əldə edə, həmçinin “Birbank Visa Infinite Miles”, “Birbank Premium Cashback” və ya “Birbank MC World Elite Miles” kartlarından birini hədiyyə olaraq seçə bilərlər.

“Birbank Private” istifadəçilərinə premium taksit kartı, əmanət təminatlı kredit, avtomobil krediti və təhsil krediti kimi müxtəlif bank məhsulları da təqdim olunur.

Xidmətə qoşulmaq istəyən müştərilər ad, soyad, ata adı və mobil nömrə məlumatlarını təqdim etməklə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Premium bankçılıq seqmentində yeni imkanlar yaradılır — Fins.az — Fins.az